Ruslan Abışov: "Baxımlı futbol sərgiləməliyik"

Ruslan Abışov: "Baxımlı futbol sərgiləməliyik"

"Hər şey yaxşıdır. Artıq komandaya qoşulmuşam və işlər qaydasında gedir." Siasport.az saytı xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov deyib. Futbolçu İsrail yığması ilə oyuna hazırlıq barədə danışıb: "İsrail yığması ilə oyuna yaxşı hazırlaşırıq. Oyun təcrübəm az olsa da, bunu hiss etdirməməyə çalışacam. İsrail yığması üçün də çox vacib oyundur. Çünki onlar play-off mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Rəqibdən çəkinmirik. Düzdür, onlar doğma meydanda yaxşı çıxış edir, aqressiv futbol oynayırlar. Portuqaliya ilə matçda da bunun şahidi olduq. Buna rəğmən, komanda şəklində daha yaxşı oynamağa çalışacağıq. Rəqibdən çəkinməməli, baxımlı futbol sərgiləməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə