Kamran Ağayev: "Səfərə qələbə qazanmaq üçün yollanırıq"

Kamran Ağayev: "Səfərə qələbə qazanmaq üçün yollanırıq"

"Özümüzü yaxşı hiss edirik. Səfərə qələbə qazanmaq üçün yollanırıq". Siasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib. O, İsrail yığması ilə oyunda qələbə qazanmalı olduqlarını qeyd edib: "Buna hazırıq. İsrail millisi elə komandadır ki, qalib gəlmək olar. Bu gün rəqib haqda deyil, öz oyunumuz barədə düşünürük. Çünki rəqib haqda fikirləşsək, bu, bizə daha çətin olar. Vacib olan öz oyunumuzun uğurlu alınmasıdır. Yenə deyirəm, İsrailə qələbə qazanmaq üçün gedirik, qələbə qazanmalıyıq da".

Bütün xəbərlər Facebook səhifəmizdə