Vladimir Kramnik dünya kubokunun qalibi olub

Vladimir Kramnik dünya kubokunun qalibi olub

Norveçin Tromse şəhərində şahmat üzrə dünya kuboku yarışları başa çatıb. Siasport.az saytının məlumatına görə, dünya kuboku yarışlarının qalibi rusiyalı Vladimir Kramnik olub. O, final mərhələsinin dördüncü oyununda həmvətəni Dmitri Andreykin ilə heç-heçə edib. Yekun partiya 34-cü gedişdə başa çatıb.
V.Kramnik sonuncu partiyada qara fiqurlarla oynayıb. O, dörd oyunun üçünü heç-heçə başa vurub, birində isə qələbə qazanıb.
Qeyd edək ki, şahmatçı öz karyerasında ilk dəfə dünya kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə