"Atletiko" "Ayaks"ın ulduz futbolçunu heyətinə qatıb

"Atletiko" "Ayaks"ın ulduz futbolçunu heyətinə qatıb

Madrid "Atletiko"su son transfer günündə daha bir futbolçunu heyətinə qatıb. Siasport.az saytı xəbər verir ki, Arda Turanın komandası Hollandiyanın məşhur "Ayaks" futbol klubundan belçikalı Toby Alderdveireni 4 illik müqavilə ilə əsasında komandaya cəlb edib. Futbol üzrə Belçika milli komandasında da forma geyinən 24 yaşlı futbolçu, Madrid klubunun rəsmi saytında verdiyi açıqlamada qeyd edib ki, "Atletiko"da çıxış edəcəyi üçün özünü xoşbəxt hiss edir: "Bu komandaya gəldiyim üçün özümü xoşbəxt hiss edirəm. Artıq Avropanın ən böyük çempionatlarından birində çıxış edəcəm. Bu, gələcək koryeram baxımından da olduqca önəmlidir. hesab edirəm ki, "Atletiko"da göstərəcəyim oyunla həm klubun azarkeşlərinin, həm də mənə etimad göstərən insanların rəğbətini qazanacam."

Bütün xəbərlər Facebook səhifəmizdə