Van Qaal çarəsiz qalıb Sneyderi milliyə çağırdı

Van Qaal çarəsiz qalıb Sneyderi milliyə çağırdı

"Qalatasaray"ın ulduz futbolçusu Uelsli Sneyder yenidən Hollandiya millisinə dəvət olunub. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir baş məşqçi Luis Van Qaalın "qara siyahısında" olan ulduz futbolçu, millinin düşərgəsini tamamilə yaddan çıxarmışdı.
Təcrübəli futbol mütəxəssisi, bu addımı futbolçunun fiziki hazırlığının aşağı olması ilə əlaqələndirirdi. U.Sneyderin yenidən milliyə çağırılması isə, ilk növbədə "DÇ-2014"ün seçmə mərhələsində Estoniya və Andorra ilə matçda əvvəlcə heyətə daxil olan PSV-nin oyunçusu Georgio Veynaldum zədə səbəbində heyətdən çıxarılması ilə əlaqədardır. Belə görünür ki, məhz bu səbəbdən L.V.Qaal U.Sneyderi milliyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə