Son turda əzəli rəqiblərindən olan "Liverpul"a uduzan "Mançester Yunayted", heyətini daha bir futbolçu ilə gücləndirib. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" "Everton"un heyətində baxımlı və texnikalı futbol oynaması ilə böyük klubların diqqət mərkəzində olan Maroun Fellainini heyətinə qatıb. İngilis mətbuatı yazır ki, "qırmızı şeytanlar" 26 yaşlı futbolçu ilə neçə illik müqavilə imzalandığı barədə heç bir məlumat verməyiblər. Yalnız bu futbolçunun "Mançester Yunayted"ə 32,6 milyon avroya başa gəldiyi bildirilir. 2008-ci ildən "Everton"da çıxış edən M.fellaini meydana çıxdığı 261 qarşılaşmada 44 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB