Dossena “Sanderlend”ə transfer olundu

"Napoli" (İtaliya) klubunun sol cinah müdafiəçisi 31 yaşlı Andrea Dossena İngiltərənin "Sanderlend" klubu ilə 1 illik transfer müqaviləsi imzalayıb. Siasport.az saytı xəbər verir ki, "Sanderlend" klubu həmin gün "Liverpul"un italiyalı futbolçusu Fabio Borinini də icarəyə götürüb.

Dossena ötən mövsüm "Napoli"də 24 matçda iştirak etdikdən sonra "Palermo"ya icarəyə verilmişdi. 2008-2010-cu illərdə "Liverpul"da çıxış edən futbolçu 18 oyunda 1 qol vurub. 2007-2009-cu illərdə isə İtaliya yığmasının tərkibində 10 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə