Azərbaycanda idman jurnalistləri forumunun keçirilməsi nəzərə tutulur
Azərbaycanda idman jurnalistləri forumunun keçirilməsi nəzərə tutulur. Siasport.az saytının məlumatına görə, bununla bağlı gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. Nazir bildirib ki, forumun 2014-cü ildə keçirilməsi planlaşdırılır. O qeyd edib ki, bu mötəbər tədbirə 110 ölkədən jurnalistlər gələcək.
Qeyd edək ki, forumun məqsədi dünya idman jurnalistlərinin fikir mübadiləsi aparması və yeni tanışlıqlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB