Əfran İsmayılov və Səlahət Ağayev millidən çıxarıldı

Əfran İsmayılov və Səlahət Ağayev millidən çıxarıldı

DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub. Siasport.az saytının məlumatına görə, zədəli olduqları üçün Əfran İsmayılov ("Bakı") və Səlahət Ağayev ("İnter") millinin heyətindən çıxarılıb. Əvəzində "Bakı" klubunun üzvü Aqil Məmmədov bu gündən etibarən millinin hazırlıq prosesinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə