"Liverpul" klubu "Çelsi"nin hücumçusu Mozesi 1 il müddətinə icarəyə götürüb. Siasport.az saytının məlumatına görə, futbolçu dünən "Liverpul"un bazasında tibbi müayinədən keçib. O, 2013-2014-cü il mövsümündə ən çox sevdiyi klubda oynamaq şansı əldə etdiyi üçün özünü xoşbəxt saydığını bildirib.
Qeyd edək ki, "Liverpul" yay transferi zamanı daha 2 futbolçunu - PSJ-nin müdafiəçisi Mamadu Sako və "Sportinq"in müdafiəçisi Tyaqu İlorini heyətinə qatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB