MOİK 10 milyon avroya futbolçu transfer etdi

MOİK 10 milyon avroya futbolçu transfer etdi

MOİK (RF) klubu Braziliyanın "Botafoqo" komandasının hücumçusu Vitinyo ilə 5 illik transfer müqaviləsi imzalayıb. Siasport.az saytının verdiyi xəbərə görə, braziliyalı futbolçu yeni klubda 31 nömrəli formada çıxış edəcək. Klub prezidentinin idman məsələləri üzrə məsləhətçisi V. Nepomnyaşi Vitinyonun yüksək sürətə və texnikaya malik futbolçu olduğuna görə həm hücum, həm də yarımmüdafiə xəttində oynaya biləcəyini qeyd edib. Futbolçu 10 milyon avroya transfer olunub.

Qeyd edək ki, 19 yaşlı Vitinyo ötən mövsüm "Botafoqo"da 16 matçda iştirak edib və 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə