"Simurq" Gürcüstana gedir

Topaz Premyer Liqasının V turu çərçivəsində səfərdə "İnter" üzərində əzimkar qələbə qazanan "Simurq" məşqçilər korpusunun qərarı ilə 4 günlük istirahətə buraxılıb. Siasport.az saytının məlumatına görə, milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə Zaqatala təmsilçisi sentyabrın 5-də yenidən bir araya gələcək. Elə həmin gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq komanda ayın 9-dək qonşu ölkənin paytaxtında qalacaq və burada bir yoldaşlıq görüşü keçirəcək. Ancaq Georgi Çixradenin yetirmələrinin rəqibinin kim olacağı hələ məlum deyil.

Qeyd edək ki, "Simurq" Tiflisdə tam heyətlə bir araya gələ biləməyəcək. Milli komandaların düşərgələrində olan futbolçular bu təlim-məşq toplanışında iştirak edə bilməyəcək. "Sarı-qaralar" senytabrın 9-da ölkəyə qayıdacaq və növbəti turun oyunlarının hazırlıqlarına start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə