Millimizin üzvü Almaniyada qol vurdu

Millimizin üzvü Almaniyada qol vurdu

Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov cari mövsümdə klubunda ilk qolunu vurub. Siasport.az saytının məlumatına görə, o, "Kayzerslautern"in U-23 komandasının Regional liqada "Pfullendorf" klubuna qarşı keçirdiyi oyunda fərqlənib.

Belə ki, "Kayzerslautern"nin II komandası qonaqları 7:0 hesabı ilə məğlub edib. Rüfət matçın 51-ci dəqiqəsində oyuna daxil olub və 64-cü dəqiqədə fərqlənərək, komandasının 5-ci qolunu vurub.

Qeyd edək ki, Rüfət Dadaşov yığmamızın Malta ilə keçirdiyi son yoldaşlıq oyununda da dubl etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə