FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb. Siasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 10-da keçiriləcək Moldova - Uels oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB