“Bakı”nın tərəfdaşı yenə qələbə qazandı

“Bakı”nın tərəfdaşı yenə qələbə qazandı

"Bakı" klubunun rəsmi tərəfdaşı olan İspaniyanın "Atletiko" klubu La Liqada növbəti oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, "Land of fire Azerbaijan" formalı Madrid təmsilçisi üçüncü turda "Real Sosyedad"ın qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Atletiko"nun heyətində David Vilya və Koke fərqləniblər.

Beləliklə, 3 turdan sonra maksimum xal toplayan Dieqo Simeonenin komandası "Barselona", "Real Madrid" və "Vilyareal"la birlikdə La Liqada liderliyi bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə