İspaniyanın "Real" və İngiltərənin "Arsenal" klubları arasında Məsud Özilin transfer olunma şərtləri barədə razılıq əldə olunub. Siasport.az saytının verdiyi xəbərə görə, bu barədə İspaniya KİV-i məlumat verib. Onun "Arsenal"a keçidi 45 milyon avroya başa gələ bilər. Madrid klubunun rəhbərliyi yaxın günlərdə Alarkon İsko və Qaret Beylin komandaya gəlişindən sonra Özilin satılması qərarına gəlib. Özilin "Real"la bağlanmış müqaviləsinin müddəti 2015-ci ilin axırında başa çatır.
Qeyd edək ki, Almaniya yığmasının üzvü olan hücumçu "Real"a "Verder" klubundan transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB