Rusiya yığması dünya çempionu oldu

Rusiya yığması dünya çempionu oldu

Rusiyanın gənclərdən ibarət (21 yaşadək) voleybol yığması Braziliya komandasını məğlub edərək növbəti dəfə dünya birincisi olub. Siasport.az saytının verdiyi xəbərə görə, Türkiyədə keçirilən turnirin finalında 3:0 (25:16, 25:16, 25:20) hesabla qələbə qazanan rusiyalılar bununla 9-cu dəfə dünya çempionu tituluna sahib olublar. İki ildə bir dəfə keçirilən turnirdə İtaliya yığması Fransa komandasına 3:1 hesabla qalib gələrək çempionatın bürünc medalını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə