Qurban Qurbanov: "Nə lazımdırsa, etdilər"

Qurban Qurbanov: "Nə lazımdırsa, etdilər"

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 5-ci turunda "Qarabağ" doğma meydanda AZAL-a 0:1 hesabı ilə məğlub olub. Bu nəticə ilə mövsümdə ilk məğlubiyyətini alan Ağdam təmsilçisi turnir cədvəlində liderliyi AZAL-a təhvil verib. Siasport.az saytı baş məşqçilərin oyun barədə fikirlərini təqdim edir:

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. "Qarabağ" bizdən üstün komandadır. Erkən qol vurduq, qalib gəldik. Komandaya qələbəyə görə təşəkkür edirəm".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Bizim üçün ağır oyun oldu. Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır. Oyunçularıma heç nə demirəm, nə lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. Doqquz saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı oynadı. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə