Azərbaycan cüdoçusu dünya çempionu oldu

Azərbaycan cüdoçusu dünya çempionu oldu

Azərbaycan idmanı tarixində ilk dəfə olaraq cüdoçumuz dünya çempionu adını qazanıb. Gənclər və İdman Nazirliyindən Siasport.az saytına verilən məlumata görə, bu böyük qələbəni Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü Elxan Məmmədov 100 kq çəki dərəcəsində qazanıb. 1/16 final mərhələsində İsrail, 1/8 finalda İspaniya, 1/4 finalda Yaponiya, yarımfinalda isə Özbəkistan idmançılarını məğlub edən Elxan finalda 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı, niderlandlı Henk Qrola qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, dünya çempionatında digər idmançımız Orxan Səfərov 60 kq çəki dərəcəsində bürünc medal qazanıb. Bununla da 1 qızıl, 1 bürünc medal qazanan Azərbaycan yığma komandası dünya çempionatının medal sıralamasında 6-cı olub.

Onu da nəzərinizə çatdıraq ki, dünya çempionatında cəmi 24 ölkə medal qazana bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə