Ueyn Runi zədələndi

Mançester Yunayted klubunun hücumçusu U. Runi son məşqlər zamanı komanda yoldaşı F.Consonla toqquşaraq ciddi zədə alıb. Siasport.az saytının verdiyi məlumata görə, baş nahiyəsindən yaralanan futbolçu həkimlərə müraciət etməli olub. Runi təkcə İngiltərə çempionatının bu gün keçiriləcək 3-cü turunda deyil, 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, ingilislər sentyabrın 6-da Moldova, sentyabrın 10-da isə Ukrayna yığmaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə