Belçikanın "Zyulte – Vareqem" klubu Fransa çempionatının 2-ci divizyonunda çıxış edən "Arl – Avinyon"un hücumçusu Rafael Kasareslə 2 illik transfer müqaviləsi imzalayıb. Bu barədə Siasport.az saytı məlumat verir. Kasares futbol karyerasına Fransa çempionatının 2-ci və 3-cü divizyonlarında çıxış edən komandalarda başlayıb. 25 yaşlı futbolçu keçən sezon "Arl – Avinyon"un tərkibində 22 matçda 7 qol vurub.
Qeyd edək ki, Belçikanın "Zyulte – Vareqem" klubu Avroliqa turnirində Rusiyanın "Rubin" klubunun rəqibidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB