Anqola yığması Afrika çempionatının qalibi oldu

Anqola yığması Afrika çempionatının qalibi oldu

Basketbol üzrə Anqola yığması Afrika çempionatının qalibi oldu. Siasport.az saytının verdiyi məlumata görə, Abicanda (Kot-d'İvuar) keçirilən final görüşündə Misir yığmasını 57:40 hesabla məğlub edən anqolalılar bununla 11-ci dəfə kontinentin ən güclüsü olduqlarını təsdiq etdilər.

Seneqal komandası Kot-d'İvuar yığmasına 57:56 hesabla qalib gələrək çempionatı 3-cü yerdə başa vurub. Beləliklə Afrika çempionatında ilk 3 yeri tutan Anqola, Misir və Seneqal komandaları 2014-cü ildə İspaniyada keçiriləcək basketbol üzrə dünya çempionatına vəsiqə əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə