"Lans"ın liderliyi davam edir

Fransa 2-ci Liqasının 5-ci turunda "Bakı" klubunun rəsmi tərəfdaşı "Lans" "Trua"nı qəbul edib. Siasport.az saytının məlumatına görə, "Land of Fire Azerbaijan" formalı komanda 57-ci dəqiqədə Adamo Kolibalinin qolu sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, 5 turdan sonra 13 xal toplayan "Lans" turnir cədvəlində liderliyi qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə