İtaliyalı mütəxəssis Roberto Mançini "Spartak" (Moskva) klubuna baş məşqçi təyin oluna bilər. Siasport.az saytının məlumatına görə, Avropa Liqasında "Spartak"ın İsveçrənin "Sant Qallen" klubuna ümumi hesabda (3:5) məğlub olması klubun çalışdırıcısı Karpinin bundan sonra həmin postda qalmasını çətinləşdirib. Hələlik italiyalı məşqçi ilə aparılan danışıqların nəticəsi barədə informasiya yoxdur.
Roberto Mançini İtaliyanın "İnter", "Fiorentina", "Latsio", İngiltərənin "Mançester Siti" komandalarına baş məşqçilik edib. O, ümumilikdə 4 dəfə İtaliya kubokunun sahibi, 3 dəfə İtaliya çempionu, "Mançester Siti" klubunda çalışdığı dövrdə isə İngiltərə Premyer Liqasının qalibi (2011,2012), İngiltərə kuboku və Superkubokunun sahibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB