Vitali Kliçko ilin ən yaxşı boksçusu seçildi

Vitali Kliçko ilin ən yaxşı boksçusu seçildi

Vitali Kliçko dünən Beynəlxalq Boks Federasiyasının Budapeştdə keçirilən konqresində qəbul edilən qərara əsasən ilin ən yaxşı boksçusu seçilib. Siasport.az saytı xəbər verir ki, İBF, İBO, WBA, WBO versiyaları üzrə çempion titulunun sahibi, 37 yaşlı boksçu axırıncı döyüşünü 2013-cü il martın 4-də Françesko Pyaneta ilə keçirib. Oktyabrın 5-də isə V. Kliçkonun Rusiya idmançısı , WBA versiyası üzrə dünya çempionu Aleksandr Povetkinlə Moskva şəhərinin "Olimpiysk" idman kompleksində görüşü təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə