Alessandro Matrini "Milan"a keçdi

Alessandro Matrini "Milan"a keçdi

"Milan", əzəli rəqiblərindən olan "Yuventus"un futbolçusu Alessandro Matrini heyətinə qatıb. Siasport.az saytı xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı açıqlama yayıb. Tibbi müayinədən keçən italiyalı hücumçu yeni klubu ilə rəsmi müqavilə imzalayıb. "Milan" Matri transferi üçün "Yuventus"a 11 milyon avro ödəyəcək. Qeyd edək ki, "Milan" futbol məktəbinin yetirməsi olan 29 yaşlı futbolçu 2011-ci ildən "Yuventus"da çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə