UEFA, iki il avrokuboklardan uzaqlaşdırdığı "Fənərbaxça"nın yerinə UEFA Avropa Liqasında mübarizə aparacaq komandanı seçib. Siasport.az saytı xəbər verir ki, pley-off mərhələsində mübarizə dayandıran 30 komandadan yalnız biri bu hüquqa yiyələnib. Həmin komanda püşkatma zamanı müəyyənləşib. Xüsusi püşkatmada iştirak edən 30 komanda sırasında Azərbaycan təmsilçisi "Qarabağ" klubu da olub. Lakin püşk "Qarabağ"ın üzünə gülməyib və qrupa Kiprin APOEL klubu düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB