Bu axşam UEFA Superkubokunun yeni qalibinin kimliyinə aydınlıq gələcək. Siasport.az saytı xəbər verir ki, Çexiyada keçiriləcək həlledici görüşdə "Bavariya" və "Çelsi" komandaları üz-üzə gələcək. Ötən mövsüm Çempionlar Liqasının qalibi olan "Bavariya" klubu daha bir kuboku muzeyinə apara bilər. Bunun üçün Pep Qvardiolanın komandası Joze Mourinyolu "Çelsi"ni məğlub etməlidir. Lakin bu elə də asan görünmür. Ötən mövsüm Avropa Liqasının qalibi olan "Çelsi" yeni baş məşqçisi Mourinyonun rəhbərliyi altında ilk kubokunu qazanmaq niyyətindədir. Üstəlik 2012-ci ildə ÇL-in finalında "Çelsi"nin "Bavariya"nı məğlub edərək fəxri mükafata sahib çıxması "Bavariya"nın işinin çətin olacağından xəbər verir. Amma bu qarşılaşmaya marağı artıran məqam, daha çox Joze Mourinyo və Xose Qvardiolanın dueli kimi xarakterizə olunur. "Real"ın və "Barselona"nın keçmiş çalışdırıcılarının yenidən üz-üzə gəlmələri böyük marağla qarşılanır. Qeyd edək ki, "Bavariya" - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB