"Ayaks"ın yarımmüdafiəçisi Kristian Eriksen karyerasını "Tottenhem"də davam etdirəcək. Bu barədə Siasport xəbər verir. Tərəflər 21 yaşlı futbolçunun keçidini həll ediblər. İngilis klubu danimarkalı oyunçunun transferinə 12 milyon avro xərcləyib. Eriksen artıq tibbi müayinədən keçmək üçün İngiltərədədir. Qeyd edək ki, dünən "Tottenhem" klubu "Roma"nın yarımmüdafiəçisi Erik Lamelanın da transferini rəsmiləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB