Bu axşam Çempionlar Liqasında püşkatma keçiriləcək

Bu axşam Çempionlar Liqasında püşkatma keçiriləcək
Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında 2013-2014 mövsümünün qrup mərhələsinin püşkü atılır. Siasport.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 32 klub mübarizə aparacaq. Onlardan 10-u təsnifat mərhələsini uğurla keçən klublardı: Austria (Avstriya), Basel (İsveçrə), Zenit (Rusiya), Milan (İtaliya), Real Sociedad (İspaniya), Arsenal (İngiltərə), Steaua (Rumıniya), Schalke (Almaniya), Viktoria (Çexiya), Celtic (Şotlandiya).

Qalan 22 iştirakçı isə mübarizəyə məhz bu mərhələdən başlayanlardı: Chelsea (İngiltərə), Barcelona (İspaniya), Manchester United (İngiltərə), Bayern (Almaniya), Real (İspaniya), Porto (Portuqaliya), Benfica (Portuqaliya), Manchester City (İngiltərə), Ajax (Hollandiya), Juventus (İtaliya), PSG (Fransa), Galatasaray (Türkiyə), Borussia (Dortmund, Almaniya), Atletico (İspaniya), Şaxtyor (Ukrayna), Olympique (Marsel, Fransa), CSKA (Rusiya), Olympiacos (Yunanıstan), Bayer (Almaniya), Copenhagen (Danimarka), Napoli (İtaliya), Anderlecht (Belçika).

Bu 32 iştirakçı püşkatma öncəsi aşağıdakı kimi səbətlərə bölünmüşdü:

1-ci səbət

2-ci səbət

3-cü səbət

4-cü səbət

Bayern

Atletico

Olympiacos

Copenhagen

Barcelona

Milan

Ajax

Napoli

Manchester United

Şaxtyor

Zenit

Anderlecht

Chelsea

O. Marsel

Manchester City

Celtic

Real

Schalke

Borussia D

Steaua

Arsenal

Juventus

Galatasaray

Viktoria

Porto

PSG

Bayer

Austria

Benfica

CSKA M

Basel

Real Sociedad

Püşk zamanı hər səbətdən çıxan bir klub 4 iştirakçıdan ibarət qrupa düşəcək. İştirakçılar 8 ayrı qrupa bölünəcəklər.

Qeyd edək ki, qrup mərhələsinin ilk oyunları sentyabrın 17-18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com