Çempionlar Liqasında mübarizə aparacaq komandalar dəqiqləşdi

Çempionlar Liqasında mübarizə aparacaq komandalar dəqiqləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasında 2013-2014 mövsümünün qrup mərhələsinin bütün iştirakçılarının adları müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində mübarizə aparan 20 klub ötən gecə növbəti mərhələyə daha 10 vəsiqənin taleyinə aydınlıq gətirdilər. İki oyuna əsasən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandalar aşağıdakılardır:

Austria (Avstriya), Basel (İsveçrə), Zenit (Rusiya), Milan (İtaliya), Real Sociedad (İspaniya), Arsenal (İngiltərə), Steaua (Rumıniya), Schalke (Almaniya), Viktoria (Çexiya), Celtic (Şotlandiya).

Beləliklə, adı çəkilən 10 klub mübarizəyə məhz qrup mərhələsindən başlayacaq 22 iştirakçı ilə birgə ÇL-in qrup mərhələsində çıxış etmək hüququna yiyələnib. Mübarizəyə məhz bu mərhələdən başlayacaq klublar isə bunlardı:

Chelsea (İngiltərə), Barcelona (İspaniya), Manchester United (İngiltərə), Bayern (Almaniya), Real (İspaniya), Porto (Portuqaliya), Benfica (Portuqaliya), Manchester City (İngiltərə), Ajax (Hollandiya), Juventus (İtaliya), PSG (Fransa), Galatasaray (Türkiyə), Borussia (Dortmund, Almaniya), Atletico (İspaniya), Şaxtyor (Ukrayna), Olympique (Marsel, Fransa), CSKA (Rusiya), Olympiacos (Yunanıstan), Bayer (Almaniya), Copenhagen (Danimarka), Napoli (İtaliya), Anderlecht (Belçika).

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün - avqustun 29-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com