Adem Lyaiç “Roma”ya keçdi

"Fiorentina" klubunun yarımmüdafiəçisi Adem Lyaiçin "Roma"ya keçidi reallaşıb. Bu barədə Siasport xəbər verir. "Sky İtaliya" Lyaiçin vəkili ilə birlikdə paytaxt Romaya gəldiyi, hətta vaxt taparaq klubun həvəskarları ilə salamlaşdığı barədə məlumat verib. Transferin 11 milyon avroya başa gəldiyi bildirilir. Futbolçu keçən sezonda 28 matçda 11 qol vurub və qolla nəticələnən 6 ötürməyə müəlliflik edib. Dünən isə "Fiorentina" klubunun rəhbərliyi və futbolçuları ilə vidalaşaraq Romaya yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə