İspaniyanın "Espanyol" və Qana yığmasının yarımmüdafiəçisi Mubarek Vakaso "Rubin" (RF, Kazan şəhəri) klubu ilə 1 illik transfer müqaviləsi imzalayıb. Siasportun verdiyi xəbərə görə, 23 yaşlı futbolçu "Espanyol"a keçməzdən əvvəl Qananın "Aşanti qold", İspaniyanın "Elçe" və "Vilyareal" klublarında çıxış edib. Qana yığmasının heyətində 11 matçda 6 qol vurub. Onun "Rubin"ə transferi 6 milyon avroya başa gəlib. 2002-ci ildən "Espanyol"da oynayan Vakaso 26 oyunda 3 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB