"Xəzər Lənkəran" daha bir futbolçunu transfer edib. Braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün cənub klubu ilə müqavilə bağlayıb. 26 yaşlı futbolçu əvvəllər Braziliyanın A və B seriyalarında müxtəlif komandaların heyətində çıxış edib.
Deyvid 3 il "Palmeyras", daha sonra "Qoias", "Qremio", "Nautiko" və "Branqantino" klublarının formasını geyinib.
Qeyd edək ki, klubla Sakkoni arasında bir illik müqavilə bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB