"Rəvan" klubu heyəti gücləndirmək yönündə növbəti addımı atıb. Siasportun verdiyi xəbərə görə, klub daha 2 legioneri heyətinə qatıb. Bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudu. Paytaxt klubu hər 2 futbolçu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 1 həftədən çox baxışda olan Holster indiyə qədər yalnız vətəni İsveçdə oynayıb. O, "Nyuköpinqs", "Haken", "Vesbyu Yunayted" və "Sundsvall" klublarında forma geyinib. Ölkəsinin U-17 və U-19 yığmalarının da şərəfini qoruyub.
Musa Kabiru isə bu günə qədər Nigeriyanın "Kaduna Yunayted" və son olaraq Misirin "Əl-Mokavlun Əl-Ərəb" komandasında forma geyinib. 27 yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Çempionatında da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB