"Аrsenal" "Real"ın yarımmüdafiəçiləri Məsut Özil və Anhel Di Mariyanı transfer etmək istəyir. Siasportun verdiyi xəbərə görə, londonlular 2 futbolçuya görə 60 milyon funt sterlinq ödəməyə hazır olduqlarını bildiriblər. Lakin "Real" yalnız Qaret Beyli alacağı halda, bu təklifə baxacaq. Xatırladaq ki, bundan əvvəl "Arsenal" Kərim Benzemaya da maraq göstərirdi. Lakin o, Madrid klubundan ayrılmayacağını bildirib.
Qeyd edək ki, Özil və Di Mariya 2010-cu ildən "Real"da oynayırlar. Bu müddət ərzində Türkiyə əsilli almaniyalı futbolçu 154 oyunda iştirak edib və 26 qol vurub. Argentinalı isə 134 oyuna çıxıb və 24 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB