Çempionlar Liqasında pley-off həyəcanı

Çempionlar Liqasında pley-off həyəcanı

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Siasportun verdiyi xəbərə görə, ilk oyun günündə beş qarşılaşma baş tutacaq.

Azərbaycanlı azarkeşlərin daha çox maraq göstərdiyi oyun Londonda keçiriləcək. "Arsenal" "Fənərbaxça" ilə qarşılaşacaq. İlk oyunda öz meydanında rəqibinə 0:3 hesabı ilə uduzan sarı-lacivərdlilərin rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

"Avstriya" səfərdə qalib gəldiyi (2:0) "Dinamo" ilə (Zaqreb, Xorvatiya) qarşılaşacaq. "Bazel" isə "Ludogorets"i sınağa çəkəcək. Bu komandalar arasında ilk oyun "Bazel"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunlarda "Legia" "Styaua"nı, PAOK isə "Şalke"ni qəbul edəcək. Komandalar arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, sabah keçiriləcək beş oyunla qrup mərhələsinin bütün iştirakçıları məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə