Bu axşam "Fənərəbaxça" Londonda ölüm-dirim oyununa çıxacaq!

Bu axşam "Fənərəbaxça" Londonda ölüm-dirim oyununa çıxacaq!

Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə 5 görüş baş tutacaq. Bu matçlardan sonra qrup mərhələsinin daha 5 iştirakçısı müəyyənləşəcək. Bu matçlardan 3-də cavab oyunları formal xarakter daşıyır. Belə ki, səfərdə inamlı qələbələr qazanan "Arsenal", "Bazel" və "Austriya" ötən həftə qazandığı üstünlüyü öz meydanında qorumağa çalışacaq. Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyə təmsilçisi "Fənərbaxça" İngiltərədə "Arsenal"ın qonağı olacaq. İlk oyunda rəqibinə 3:0 hesabı ilə uduzan "sarı-lacivərdlilər"in növbəti mərhələyə adlaması inandırıcı görünmür. Avstriyanın "Austriya" klubu Xorvatiya "Dinamo"su, İsveçrə "Bazel"i isə Bolqarıstan "Ludoqerets"i ilə görüşdə 2 top üstünlüyünü saxlamağa çalışacaq. Digər 2 cüt isə daha çox maraq kəsb edir. Doğma arenada Yunanıstanın PAOK klubu ilə ilk oyundan 1:1 hesablı bərabərliklə ayrılan "Şalke" səfərdə sərfəli nəticə qazanmağa çalışacaq. Rumıniya "Styaua"sı isə evdə yenə bilmədiyi "Legiya"nı Polşada üstələməyə çalışacaq.
Qeyd edək ki, bu mərhələ sabah keçiriləcək daha 5 qarşılaşma ilə yekunlaşacaq.


Çempiolar Liqası
Pley-off mərhələsi (cavab oyunları)

27 avqust


23:45. "Arsenal" (İngiltərə) - "Fənərbaxça" (Türkiyə)
Ilk oyun – 3:0

23:45. "Austriya" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun - 2:0

23:45. "Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun – 4:2

23:45. "Legiya" (Polşa) - "Styaua" (Rumıniya)
İlk oyun – 1:1

23:45. PAOK (Yunanıstan) - "Şalke" (Almaniya)
İlk oyun – 1:1


28 avqust

21:00. "Zenit" (Rusiya) - "Pakuş Fereyra" (Portuqaliya)
İlk oyun - 4:1

23:45. "Seltik" (Şotlandiya) – "Şaxtyor" (Qazaxıstan)
İlk oyun - 0:2

23:45. "Real Sosyedad" (İspaniya) – "Lion" (Fransa)
İlk oyun - 2:0

23:45. "Milan" (İtaliya) - PSV (Hollandiya)
İlk oyun - 1:1

23:45. "Maribor" (Sloveniya) – "Viktoriya" (Çexiya)
İlk oyun - 1:3

Bütün xəbərlər Facebook səhifəmizdə