İtaliyanın "Napoli" klubunun futbolçusu Qonsalo İquain üz-çənə nahiyyəsindən aldığı zədə səbəbindən həkimlərə müraciət etməli olub. Bu barədə Siasport xəbər verir. Argentinalı hücumçu 2 ay bundan əvvəl italyan klubuna "Real" (Madrid) klubundan transfer olunub. Yerli mətbuatın verdiyi məlumata görə, futbolçu Kapri adasında istirahət edərkən qayıqdan yıxılıb və çənəsini yaralayıb. Həkimlər onun çənə nahiyyəsinə 8, qaşına isə 2 tikiş qoyublar. Futbolçunun komandaya nə vaxt qayıdacağı barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB