İspaniya yığması çempion oldu

İspaniya yığması çempion oldu

İspaniyanın basketbol üzrə qadınlardan ibarət yığması (18 yaşadək) Xorvatiyada keçirilən Avropa çempionatında Fransa yığmasına 60:46 (18:8, 14:22, 11:11, 17:5) hesabla qalib gələrək çempionatın qalibi olub. Siasportun verdiyi xəbərə görə, 3-cü yer uğrunda Serbiya və Xorvatiya yığmalarının görüşü 57:56 (16:17, 10:15, 19:13, 12:11) serbiyalıların qələbəsi ilə başa çatıb.

Çempionatın ən məhsuldar oyunçusu adına İspaniya yığmasının müdafiəçisi Letiso Romero layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə