Deku futbol karyerasını başa çatdırdı

Deku futbol karyerasını başa çatdırdı

Portuqaliya yığmasının keçmiş futbolçusu Deku futbol karyerasını başa çatdırmaq qərarına gəlib. Bu barədə Siasport xəbər verir. 35 yaşlı yarımmüdafiəçi hazırda çıxış etdiyi "Fluminens" klubu ilə bağladığı müqavilənin müddətinin başa çatmasını gözləmədən sağlamlığında yaranan problemləri əsas gətirərək bir daha meydana çıxmayacağını bildirib.

Qeyd edək ki, Deku Braziliyanın "Korintians", Portuqaliyanın "Benfika", "Portu", İspaniyanın "Barselona", İngiltərənin "Çelsi" klublarında çıxış edib. O, "Portu"nun tərkibində (2004) Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə