Yaponiyalı Naoxişa Takato cüdo üzrə Braziliyada keçirilən dünya çempionatında (60 kq-dək) qızıl medal qazanıb.
Siasportun verdiyi xəbərə görə, çempionatın bu çəki dərəcəsində gümüş medalı monqolustanlı Amartuvşina Daşdavanya, bürünc medalı isə Cənubi Koreya idmançısı Von-Çjin Kim qazanıb.
Çəkisi 48 kq-a qədər olan qadın idmançılar arasında monqolustanlı Uransese Munxabat birinci, yaponiyalı Xarami Asami ikinci, belçikalı Şarlin van Snik isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, çempionat avqustun 31-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB