"Napoli" klubu öz hücumçusu Lorenso İnsinye ilə 2016-cı ilin axırında başa çatan müqavilənin müddətini daha 5 il uzadıb. Siasportun verdiyi xəbərə görə, klub prezidenti Aurelio De Laurentis 22 yaşlı futbolçuya bonuslar nəzərə alınmadan sezon ərzində 700 min avro ödəniləcəyi barədə məlumat verib.
Qeyd edək ki, İnsinye "Napoli"nin tərkibində 43 matçda iştirak edib və 5 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB