“Rəvan” iki futbolçu ilə anlaşdı

“Rəvan” iki futbolçu ilə anlaşdı

Transfer çalışmalarını davam etdirən "Rəvan" heyəti gücləndirmək yolunda yeni addım atıb. Siasport.az saytının verdiyi xəbərə görə, komanda daha 2 futbolçunu transfer edib. "Rəvan" Əziz Quliyev və Sohib Savankulovla anlaşıb. Son klubu "Bakı" olan Əzizlə bir, Tacikistan yığmasının üzvü Sohiblə isə iki illik rəsmi müqavilə imzalanıb. Düşənbə "İstiqlal"ından gələn Savankulov son vaxtlar müntəzəm çağırıldığı yığmada 31 oyunda meydana çıxıb və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə