Serbiya millisinin və "İnter" klubunun yarımmüdafiəçisi Deyan Stankoviç futbola vida edib.
Siasportun verdiyi xəbərə görə, serbiyalı futbolçu dünən İtaliya A Seriyasının I turu çərçivəsində "İnter" - "Genua" matçında son oyununu keçirib.
Stankoviçin İnterlə müqaviləsinin müddəti mövsümün sonunadək olsa da, artıq oynamaq istəmədiyini açıqlayıb.
Qeyd edək ki, 2004-cü ildən "İnter"in şərəfini qoruyan Stankoviç keçirdiyi 321 oyunda 41 qola imza atıb. Təcrübəli futbolçu Serbiya millisinin heyətində 102 oyuna çıxıb və 15 dəfə rəqib qapılarına yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB