Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması III yeri tutub. Siasportun verdiyi xəbərə görə, III yer uğrunda dünən keçirilən qarşılaşmada yığmamız Elnur Cəfərovun vurduğu yeganə qolla Latviya komandasına qalib gəlib (1:0).
Xatırladaq ki, turnir çərçivəsində keçirdiyi ilk oyunda Belarus yığmasına 1:0 hesabı ilə qalib gələn komandamız ikinci qarşılaşmada Litva komandasına eyni hesabla məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB