Rusiyanın "Anji" klubunun futbolçusu Villianın "Çelsi"yə transferi barədə razılıq əldə olunub. Bu barədə Siasport xəbər verir. Villianla klub arasında rəsmi sənədin imzalanması futbolçunun bu ölkədə işləmək hüququ üçün müvafiq orqanlardan icazə alındıqdan sonra öz həllini tapacaq. "Çelsi" futbolçunun transferi üçün 30 milyon funt-sterlinq ödəməlidir. Müqavilənin 5 il müddətinə bağlanması nəzərdə tutulub.
Qeyd edək ki, Villian bu ilin yanvarında "Anji"yə Ukraynanın "Şaxtyor" klubundan transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB