“Lill” qələbə qazanıb

Fransa çempionatının 3-cü turunda "Lill" klubu "Sent-Etyen"lə qarşılaşıb. Siasportun verdiyi xəbərə görə, görüş "Lill" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Salomon Kalu matçın 37-ci dəqiqəsində rəqib qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini qola çevirib.

"Lill" çempionatın ilk 3 turunun oyunlarında 2 qələbə qazanıb və növbəti turda "Renn" klubunun qonağı olacaq. "Sent-Etyen" isə öz meydanında "Bordo"nu qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə