Eto Qətər klubunda oynayacaq

Rusiyanın "Anji" klubunun hücumçusu Samuel Eto futbol karyerasını Qətərin "Əl-Qarrafa" klubunda davam etdirəcək. Bu barədə Siasport xəbər verir. Qətər klubu Etonun transferi üçün 6 milyon, futbolçuya isə hər sezon üçün 7 milyon funt-sterlinq ödəməyə razılıq verib.

Qeyd edək ki, Eto ilə klub arasında 3 illik müqavilə bağlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə