Vaqner yeni klubda 3-cü qolunu vurdu

Vaqner yeni klubda 3-cü qolunu vurdu

Moskvanın "Mərkəzi Ordu idman Klubu"nun keçmiş futbolçusu Vaqner Lavın Çin çempionatının 22-ci turunda "Şandun Lunen" – "Xançjou Qriutayu" matçında vurduğu yeganə qol "Şandun Lunen"ə qələbə qazandırıb.

Matç avqustun 24-də "Şandun Lunen" stadionunda keçirilib. Braziliyalı hücumçu 77-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, Vaqner 2004-2013-cü illərdə fasilələrlə "MOİK"-də çıxış edib. Bu ilin iyulunda 2,5 il müddətinə Çin klubuna transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə